Qoruyun məni
Bir üzüm sevincdir, bir üzüm kədər,Siz hər ikisindən qoruyun məni.Bu günü də yola saldım bir təhərSiz sabahı gündən qoruyun məni.
Ürək var daima həsrətdə olur,Yaxşı da, yaman da qismətlə olur.Bu pisə bir təhər dözmək də olur,Ondan da pisindən qoruyun məni.
Beləcə yaranıb bəşər qədimdən,Doğulduq analar məhəbbətindən.Tək bircə onların kin-nifrətindən,Onların hirsindən qoruyun məni.
Heç zaman raketlər atılmayacaq,İnsanlıq tükənib qurtulmayacaq.Bir paxıl, bədnəzər tanıram ancaqOnun bəd gözündən qoruyun məni.
Bu sözü bəlkə də bir çoxu deyib,Yaxşıya, yamanın yüz oxu dəyirİblis də, şeytan da qorxulu deyil,İnsan iblisindən qoruyun məni.
Həyat nə deməkdir-əzab, işgəncə,Yaşamaq hər şeydən çətindir məncə,Bəlkə də ömrümə çəkildi əncam,Həyatın özündən qoruyun məni.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-qoruyun-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən qalan ömrümü həbs eləyirəm,Onu təkcə şerə həbs eləyirəm.
Şer yazmayanları görüb vəcdəyə gəldimŞer ilə yaşadım həftələri, ayları,Qələmimi yormadı sözün sərt dolayları,
Amma ki, bizimkilər heç onlara bənzəməz...Mən şairlər tanıram, baş əyməyir bir kəsə,Amma ki, bizimkilər heç onlara bənzəməz...
Görməyirsən, dağlar necə ağlayır...Bahar günlərində dostum Əbülhəsən, sehrkar qarmonçu Aftandil, Xızı mahalının onlarlabərbad olmuş qədim yurd yerlərindən biri – Xanagə kəndini ziyarətə getdik... Gördüklərimiz uçuq
Başqa şairlərin şeirləri
Hər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
Mən səni gördümƏzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
GetdiAdəm ata, Həvva gəldi,Dünya səndə qaldı, getdi.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,