Sübh tülu eylər, çıxmaz aftab,Nədəndir açılmaz bu qara səbah,Eşidsən sözümü vacibül-ərz,Deyərəm dərdimi mən yara səbah.

Hindin xəracına verməm səni,Məcnun tək salıbsan çöllərə məni,Şeyx Sənan kimi olam erməni,Səcdə qıllam bəstə-zünnara səbah.

Zəkəriyyə kimi ömrümə çəkibsən mişar,Eşim ağlamaqdır, peşəm ah-u zar,Gizlin sirrim xalqa olub aşikar,Mənsur tək çəkərlər bir darə səbah.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri