Sübhün çağı mah camalın görəndə,Xəstə könlüm gəldi saza, Müşgünaz!Sona tək silkinib, gərdən çəkəndə,Bənzəyirsən quya, qaza, Müşgünaz!

Camalın görəndə, aya bənzəyir,Sallanışın Züleyxaya bənzəyir,Qabaq ayna, qaşın yaya bənzəyir,Qiymət yoxdu ala gözə, Müşgünaz!

Dörd tərəfin bənövşəli bağ olsun!Həmişə yediyin bal-qaymağ olsun!Sağ-solunda qardaşların sağ olsun!Corabları yaxşı bəzə, Müşgünaz!

Könül qəmgin, ürək dərdli, vərəmli,Səni gördüm səxavətli, kərəmli.Bir mirzə lazımdı əli qələmli,Mən deyəm, vəsfini yaza, Müşgünaz!

Ötkün sözüm, kəskin baxtım olaydı,Ağ otağım, zərrin raxtım olaydı.Ələsgərəm, cavan vaxtım olaydı,Qəddim əyib qəhri-qəza, Müşgünaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri