Zöhrə ilə deyişmə
Ə l ə s g ə rSöylə, qasid, müxtəsəri-vəssalam,Ərzimi canana dedin, nə dedi?Bülbül tək asmana yetişib nalam,Səhni-gülüstana dedin, nə dedi?
Z ö h r əGedib, ərzi-halın yara söylədim,İnciməsin məndən, – canana dedi.Zülm əliylə məni yada verirlər,Viran qalsın belə zamana, – dedi.
Ə l ə s g ə rYadıma salanda boy-büsatını,Xəstə könlüm minir eşqin atını,Gah axtarır yerin yeddi qatını,Gah çıxır asmana, dedin, nə dedi?
Z ö h r əNakəs müxənnətin boynu vurulsun,Vay düşsün evinə, şivən qurulsun,Məhərrəmin oğlanları qırılsın,Qalmasın yurdunda nişana! – dedi.
Ə l ə s g ə rAşiq oldum bir nainsaf millətə,Qolu bağlı məni verdi cəllətə.İncilə, Zəbura, Səhfə, Tövrətə,And verrəm Qurana, dedin, nə dedi?
Z ö h r əSeyraqublar aralığı qatdılar,Zülm ilə boynuma kəmənd atdılar,Atam, anam məni pula satdılar,Onlar yetişməsin imana, – dedi.
Ə l ə sg ə rKönül gərək istədiyin istəyə,Dostun sözün dosta gərək dost deyə.Rəhm elədin mən günahkar xəstəyə,Dərdimi Loğmana dedin, nə dedi?
Z ö h r əZöhrəyəm, sinəmdə dərdü qəm çoxdu,Üstümə tökülən peykandı, oxdu,Dünyada ədalət, haqq-divan yoxdu,Yetirə dərdimi dərmana, – dedi.
Ə l ə s g ə rKəc dolandırmasın xam xəyalını,Can qoyan istəməz dünya malını.Yazıq Ələsgərin ərzi-halınıSərvi-xuramana dedin, nə dedi?
Kitabxana.az · https://kitabxana.az/works/elesger-zohre-ile-deyisme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Bəli”, - deyib yol-ərkana gəlmişəm,Nəqş olub sinəmdə eşqin kitabı.
BəyistanDodağın qönçədi, dişlərin sədəf,Qaşların qüdrətdən qara, Bəyistan!
BəylərinArif məclisində vəsfin eylərəm,Var yanımda amanatı Bəylərin.
BiləAbbasdan Heydərə şikayətim var,Göyüş təsdiq edə, hər mahal bilə.
Başqa şairlərin şeirləri
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Nə qədər kim, fələyin sabitü səyyarəsi varNə qədər kim, fələyin sabitü səyyarəsi var,Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin