Qızıl tac kimi
Qızım Ülkərə
Heç nə istəmirəm,Ay dost, quşlarınSəhər nəğməsini mənə bağışla.Bu sübh şəfəqinə vurulmuşlarınBitməz həvəsini mənə bağışla.
Görüm yarpaqların üstə şehi də,Sükut nəğmə kimi axsın sinəmə.Saflığın nəfəsi səhər mehi dəŞəfqətli əlini çəksin çənəmə.
Gecə növbəsindən evə qayıdanO yorğun üzləri ilkin mən görüm.Göylərdən siləndə gümüş Ayı danYuxusuz gözləri ilkin mən görüm.
Yığım göy üzündən son qaranlığıYanağa tökülən qara saç kimi.Günəşin qızılı hökmranlığıQoyulsun başıma qızıl tac kimi.
Kaş ki gözlərimdə gülə dan yeri,Bir ömrə vermərəm bu ani vaxtı...Gecə rəngindədi hələ dan yeni,Ulduzlar oyaqdı, qəmər oyaqdı.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-qizil-tac-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecələr yatmayıb söz deyən kişiDedi: "Belə əydi Xosrovun işi:
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,