İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,Əlif qəddin, cim cəmalın, mim ağzın,Dişin bənzər hərf içində Yasinə

Məcnun kimi gənə düşdüm diləmən,Doğra kabab bağrım dilək diləmən,Cəmal görüb ləb dişlibən diləmən,Xızr olmazmı gərdən qucan Yasinə

Gəyi rəxtəki bağı kəşt it yerihi,Mərğəzar it dost gəzdiyi yerihi,Can quşunun qonacağı yerihi,Ya buxağdır ya zənəxdan Yasinə

Rəvamıdır əllərində oxuna,Ərzim yetməz qulluğunda oxuna,Nişanə tək məni müjgan oxuna,Qanlı qəmzənin gərdənimdə Yasinə

Həsrətindən bağrım başı yüz yarə,Bayqumlu dolanıbdır yüz yarə,Zülf dağınıq, hal pərişan yüz yarə,Əmanətdir gəlsin Cövri Yasinə

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq