Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?Nədən piltə dutdu, nədən yağlandı,Kim almış dəstinə, nə içindədir?

Bilirsənmi peyğəmbərin yaşını,Neçə gün ol qırxdırubdur başını,Hansı gündə şəhid etdi dişini,Nəyə çolğalandı, nə içindədir?

Nə gündə Əyyuba endi bəlalar,Ol nədir ki hər cümədə balalar,Ol nədir ki ərş üzündə bal alar,Nə'məti nədəndir, nə içindədir?

Nə eşq ilən yaradubdur insanı,Nədən ötrü göyə çəkdi İsanı,Neçə kərə dindirübdür Musanı,Məskəni nə yerdədir, nə içindədir?

Feyzullah sözünü bilməsə deməz,Ustaddan payını almasa deməz,Sövm-ü salatını qılmasa deməz,Yeddi nar cəm olmuş nə içindədir?

Təsadüfi şeir

Başqa şairlərin şeirləri