— Həsən:Göstərəndə qaşlarının tayını,Xəcil edir çərxin tazə ayını,Tər buxaqda zülfi-səmən sayını,Görən olur giriftari-pərinin

— Qasım:Göstərəndə qaşlarının taqını,Lalə yanağını, tər buxağını,Biheş edir məclis içrə saqını,Çeşmi-məst və fitnəkari-pərinin

— Həsən:Vəsmə çəkir tez tez qaşı üstünə,Kəc baxmaq adətdir çeşmi-məstinə,Kinə çəkir çəri könül qəsdinə,Yüzdə zülf və tari-mari pərinin

— Qasım:Nə lazımdır vəsmə qaşı üstünə,Canım nişanədir tiri-şəstinə,Təqsim edər aşinasına, dostuna,Az deyildir qonşuları pərinin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri