Ordan-burdan 101
Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əjdahalar tökülüb parça-parça edərlər.
İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir “şir”, “pələng”, “əjdaha”, yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub “voenni polevoy suda” verərsən! Qərəz, məzəli işdir.
Amma bundan məzəli iş olmaz ki, görürsən birdən bir millət xaini durub özünü millətə xahan hesab edir, bəzi vaxt, hələ desən, cəmi aləmi-islam tərəfindən də qazılıq edir. Məsələn, cəmi ağıllı adamlara məlumdur ki, Osmanlı hökuməti türk millətinin və aləmi-islamın evini xarabə qoyub, külünü göyə sovurubdur və hər kəs bunlara tərəfdar olsa, o da bütün türk millətinə və aləmi-islam xaindir və hər kəs bu xainə tərəfdar olsa, o da xaindir. İndi onu deyirəm ki, məzəli burasıdır ki, bu gün məsələn, bir canıyanan durub məsələn, Osmanlı hökumətinin pisliyindən danışsa, yazıq millətin dərdinə ağladıqda, görürsən haman o xaini-millətlər yerbəyerdən baş qalxızıb, Osmanlı hökumətini tərif və müdafiə edirlər və öz aləmlərində guya millətə və aləmiislama yaxşılıq edirlər. Halbuki həqiqətdə bayquş kimi ulayırlar və bu viranə qoyulmuş yeri bir də təzədən viran etmək istəyirlər.
Bizim bayquşlar bizim yerləri viran etmək istədiyi kimi, rus bayquşları da dumanı dağıdıb, Rusiyanı viran etmək istəyirlər. Bizim xain millətlər Osmanlı hökumətini tərifləyən kimi, rus xain millətləri də Rusiya hökumətini tərif edirlər. Belə ki, Rusiyadan gələn adamlar xəbər verirlər ki, baş vəzir Stolıpin gündüz axşamadək teleqram almaqdan lap təngə gəlibdir. Bu teleqramları göndərən xainlər və bayquşlar yazıq vəziri tutubdurlar ki, bu saat dumanı qovub dağıdasan. İndi vəzir də qalıb belə, bilmir nə qayırsın, qovsun-qovmasın. Bir dəli şeytan deyir ki, qov! O biri ağıllı şeytan da deyir ki, qovma! Stolıpin özü də çox bikef olub hərdənbir Füzulinin bu şerini oxuyur:
Ah, kim, bir dəm fələk rəyimcə dövran etmədi!
Yerli-dibli uçurub bu dumu viran etmədi!
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-101
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əgər bir əcnəbi Peterburqa gəlib “duma” üzvlərinə tamaşa etmək xahiş edərsə, söz yoxdur ki, ruslardan savayı sair millətlərin nümayəndələrinə dəxi xüsusi bir nəzərlə baxmağı əhəmiyyətsiz görməz və o cümlədən biz Rusiya müsəlman mabuslarını görüb, zənnimcə, xəyalından təqribən bu fikri keçirər:“İştə, bunlardır ki, iyirmi-otuz milyonluq bir camaatın paymal olmuş hüququnu müdafiə etmək vəzifəsini öhdələrinə alıb, ifasını özləri üçün iqtidarları dairəsində bilibdirlər”.
Ordan-burdan 84Rəfiqimdən məktubPeşiman olub bir Allah bəndəsi ilə rəfiq olmuşam. Hər dəfə, görürsən, mənə bir kağız yazıb bir qulluq buyurur.
Ordan-burdan 85Bu keçənlərdə İrəvandan bir kağız almışdım, məzmunu belə idi: ay Filankəs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mən də cavabında yazıb soruşdum ki, balam, nə qayırıram?Cavabında kağız gəldi ki, bəs, hə, “İrşad”ın bilmirəm hansı nömrəsində yazmışdır ki, ey müsəlmanlar, olmaya-olmaya erməniyə, urusa qatışıb, dumaya filan adamı göndərəsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyə kimi, sənin bu sözlərini oxuyan təki seçki kağızlarını cırıb getdilər hamama. Balam, allah sənə insaf versin!
Hürriyyəti-mətbuatMəlumdur ki, Rusiyada sair tayfaların mətbuatı bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur və sairələri yalnız bir hökumətin yaxasından tutub, hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə də camaatın yaxasından yapışıb azadi-kəlam istəyək.Lakin həqiqətdə hürriyyəti-mətbuat və azadi-kəlam nədir və nədən ibarətdir?
Başqa şairlərin şeirləri · Satira
Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Kamil paşa, kamilliyinə min barəkallahKamil paşa, kamİlliyinə min barəkallah,Etdin nə gözəl millətini xürrəmi xendan.
Zilli-Sultana, amandır, verməyin İrana yolZilli-Sultana, amandır, verməyin Irana yol,Rəhm edin bir kərrə xəlqüllaha, Allah eşqinə!
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.