Ordan-burdan 61
Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.
Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
İndi biz, bu mədəniyyətli əcnəbiləri də öz avamımız yerində qoyub, güləkmi, yoxsa bu mədəniyyətin daşıb tökülməsindən irəli gələn sərsəm azarı dərddir – deyə qulaq ardına vuraq
Osmanlı dövləti Rusiyada vaqe olan iğtişaşın, baxüsus, zabastovkanın hamısını “qulaq ardına” vururdu. Amma, indi zabastovka mərəzi özünə də sirayət etməkdədir. Belə ki, “Tunə” qəzetəsinin sözünə görə, İstambulun tütün (tənbəki) fabriklərində üçüncü dəfədir ki, zabastovka vaqe olmaqdadır. Odur ki, hökumət bərk “əl-ayağa düşübdür”. Məlumdur ki, insanı heyvan dərəcəsinə yetirsən, zabastovka da elər, “boykot” da elər, hələ desən...
Kitabxana.az · https://kitabxana.az/works/hacibeyov-ordan-burdan-61
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məzəli-məzəli işlərimiz olur.Kasıbı və fəqiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçün belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu “cibişdan” üçün çalışır.
Ordan-burdan 48Keçmişdə köhnə mədrəsələrimizin cığbığını, bir bucaqda mürgüləyən mollanın, onun çırt çubuğunun və “Çubi tənbihini” fələqqəni, Gülüstan, Bustan, Çehil Tuti, Yusif Züleyxa, Cameyi Abbas və sairlərini yada salıb və indiki münəzzəm, müntəzəm elm oxudan baqaidə məktəblərimizi görüb, öz-özümə deyirəm ki:– Pərvərdigara, dərgahına şükür!
Zemstvo haqqındaBu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik.Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.
Ordan-burdan 49Yazıq ermənilər!Genə yazıq ermənilər!
Başqa şairlərin şeirləri · Satira
Deyirler, çıxdı bir gün Tura Musa,Minacat etdi: “Ey məbudi-yekta,
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
Təmir edən olsaZəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.