Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,Tə təalaAllahdır hər dəm bu könlüm əzbəri,Sə sənayi-həqdir bəhri-dəhanım gövhəri,Cim cəmalın nəşəsi xurşidi-mahi-ənvəri

Hə həmdi-bihəd və təsbihi-lə-uhsa sənə,Xə xəlqi-cümlə aləm vəsfinə eylər səna,Dal dərgahında yoxdur mən kimi bir pürxəta,Zal zeyli-aludeyi-zənbəm mən, ey barxuda,Rə rəhimsən, yarlıq mən asiyə, damənitəri

Zə zəbanımı qərar et həmdinə, ya zülmünən,Sin sübhandır sifatın töhmət və hər eybdən,Şin şəhadət ləfzi illallahdır, könlüm sevən,Sad sidq zövq ilə təsbih və təhlilin qılan,Zad zəəfi-din olub çəkməz o hövli-məhşəri

Ta təriqi-məsiyət səyyahım leyl ü nəhar,Zə zıllasa siyəhruyəm, qapında şərmsar,Ayn uqbada məgər yar ola lütfi-kirdigar,Qayn qəffarüzzünub il-asimin sən biqərar,Fə fəğfirli əya ehsan və lütfün məzhəri

Qaf qıl zikri-ilahi birlə sən əxfa könül,Kaf küllü şey fənadır ol deyil əsla könül,

Lam ləbin zikri ola təsbihi-lə-uhsa könül,Mim meydani-fənayə çıxma, ey şeyda könül,Nun nirənq eyləyib şeytan qurmuş çənbəri

Hə huveyda aləm içrə olmağın həst ü müqim,Vav vəli dərmandədirlər günəhin üçün, ya Kərim,Lamalif lə-şərik-ləh dır ol həyyi-qədim,Yə yəzdan fəzlindən Kazım ümidin kəsmə kim,Əks rayi-əqldir etmək xəyalı əbtəri

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · İlahi eşq