Sazaq əsdi dağdan, hava bulandı,Xəzan oldu bağlar, yarpaq saraldı.Sönsə də ellərin yanar çırağı,Alovlu günəşə bax, sönməz qaldı.

Şərqdən qopan əvvəl ölüm tufanı,Dağa, daşa çırpdı, dağıldı, getdi.Sellərin aşdığı, daşdığı yerdə,Yenə lalə açdı, göy otlar bitdi.

Quruca çöllərdə avara gəzdim,Batlaqlara cumdum, palçığa batdım.Aç qapını ana, yenə də gəldimDağları aşaraq, Vətənə çatdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən