Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,Elə san dünyanı çaldı başıma,Aman ana, dur gör ağlayan kimdi

Sinəm dəyənlü dağ arasında,Pilətə kimi yandım yağ arasında,Yarım odur gəzir bağ arasında,Aman ana, dur gör ağlayan kimdi

Mənim yarım gözəllərin xasıdı,Əyninə geydiyi qəm libasıdı,Bu gələn səs Salmi Nazın səsidi,Aman ana, dur gör ağlayan kimdi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət