Əs indi
Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,Rəhim ilə qalmışam darlamanda,Əs, ey canım, bad-i-murad, əs indi
Əvvəl səni ol Sübhana and verim,Padşahi-ins-ü cana and verim,Əzəməti-Süleymana and verim,Əs, ey canım, bad-i-murad, əs indi
Tifl ikən vətəndən oldum avarə,Tapılmaz mən kimi bir bəxti qarə,Sən əsməsən olmaz bu dərdə çarə,Əs, ey canım, bad-i-murad, əs indi
Kim gördü yetişmiş şəmə pərvanə,Əbəs-əbəs düşübə odlara yana,Təzlik ilən məni yetir cananə,Əs, ey canım, bad-i-murad, əs indi
Sidq ilə xaliqə eylərəm niyaz,Qurtaran ömrümü eyləsin daraz,Biçarə Heydəri elə sərəfraz,Əs, ey canım, bad-i-murad, əs indi
Kitabxana.az · https://kitabxana.az/works/heyder-el-sairi-es-indi
Başqa şairlərin şeirləri
Ah, təmizlik, ah, təmizlik, təmizlik,Sən də bir cür müsibətsən, bəlasan…
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Məni eşq əhlinin divanına divanə yazmışlarMəni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.