Azərbaycanın simfoniyası
Yaş ötdükcə tələsirəmgəzmək üçün, görmək üçün.Zirvədəki qar qalağı,Dərədəki çisək üçün.Gah yadıma göy taladanürküb çıxan maral düşür.Gah qayada uçmaq üçünqanad açan qartal düşür.Mən də uçmaq istəyirəm,yeri, göyü bir nəfəsəÖpüb qucmaq istəyirəm.Meşələri ağac-ağac,ağacları budaq-budaqŞəhərləri küçə-küçə.Küçələri bina-binagəzib görmək istəyirəm.Bura aran, ora yaylaqXəyalımda eniş-yoxuş, yaxın-uzaq.Azərbaycan – Odlar yurdu,Azərbaycan – ana torpaq.Yaş ötdükcə tələsirəmTarixlərindərininə, dayazınadalmaq üçün,Əsrlərin sinəsindənKeçdiyimiz yola, izəDönüb nəzər salmaq üçün.Tariximiz sirlə dolu.Hələ onun açılmamış
neçə-neçə düyümü var.Deyilməmiş yüz söhbəti,Duyulmamış min sevinci,min qəmi var.Oxumağa tələsirəmbabaların tarixinikitab-kitab, varaq-varaq.Azərbaycan – Odlar yurdu,Azərbaycan – ana torpaq.Nələr çəkdinzaman-zamanəl dalınca uzandı əl.Yadlar gəldi qoşun-qoşun,Seçilmədi yazın, qışın.Zəlzələdən dağılantəkDağıldı kənd, batdı şəhər,Pozuldu bənd,Yandı çəpər.Alov yağdı göydən yerəAxşam-axşam, səhər-səhər.Səngərlərdə gəlib keçdiayın, ilin.Əl dalınca uzandı əl,Daşıdılar sərvətini,Yad ellərə karvan-karvan.Zaman-zamanvaxtsız ölüm,vaxtsız əcəl,Vaxtsız xəzan...Soldu çəmən, saraldı bağ.Köks ötürdüyana-yanaBacı, qardaş,Ata, ana, oğul, uşaq.Azərbaycan – Odlar yurdu,Azərbaycan – ana torpaqÇəkilməmiş bədənindənPompeylərin sızıltısıSasanilər vurdu yara.Neçə qanlı müsibətlərNizələrlə həkk olundu qayalara.Çapdı sağı, çapdı soluyad atlılar.İz üstündən açıldı iz,Yol üstündən çəkildi yolSınadıqca yarağınıİran,Turan,Ərəb,Monqol.Dəvəlilər, qatırlılar,Qurd nəfəsli yad atlılar.Kaman çəkib ox atdılar.Neçə başı çiyinlərdənqopartdılar.Gah o yandan, gah bu yandanOx atdılar.çox atdılar.Tariximiz sirlə dolu.Əzəl, axır –Yazılanlar yazılacaq,Azərbaycan – Odlar yurdu,Azərbaycan – ana torpaq.Ox atdılar,Çox atdılarGah o yandan, gah bu yandanAncaq yenəsadiq qaldı xilqətinə,izzətinə, hörmətinə,İtirmədən ləyaqəti,insanlığı, nəzakətiAğsaqqallı dədə-baba,ağ birçəkli nənə-ana.Unutmadı, itirmədi
Üzündəki təbəssümü,Qəlbindəki hərarəti.Gizləmədi atlı gələnqonağındanarpasını, samanını.Gizləmədi xəstə gələnqonağındanÖz sonuncu saxlancını,dərmanını.İtirsə də döyüşlərdəşənliyini,bayramını,İtirmədi namusunu,vüqarınıinamını.Yorğanı yel, yastığı daş,Gecələdi çöldə, düzdəqayalara sığınaraq.Azərbaycan – Odlar yurdu,Azərbaycan – ana torpaq.
Göz dikmədik özgələrinaranına, yaylağınaAranımız, yaylağımız ola-ola.Göz dikmədik özgələrintorpağına, daşına biz.Öz daşımıztorpağımız ola-ola.Bir ürəyi iki yerə parçalayıb,Bir ölkəni iki yerəbölməmişik.Bir qonşunun şərbətinəacı qatıb,bir kimsənin kədərinəgülməmişik.Fitnə-fəsadbilməmişik.
Sözümüz söz, düzümüz düz,cütümüz cüt,Ökümüz hər öküzdənadlı olub.Çayımız çay, payımız pay,duzumuz duz,Çörəyimizhər çörəkdəndadlı olub.Süfrəmiz də geniş, açıq.Dostumuz od,diləyimiz isti, işıq.Yad kəslərin hücumuyladağılsaq da neçə kərə,sıxılsaq da neçə kərə,Ancaq yenə baş qaldırıbYayılmışıq tüstü-tüstü,Çoxalmışıq ocaq-ocaq.Azərbaycan – Odlar yurduAzərbaycan – ana torpaq.
Əbəs yerə Cavanşiridönə-dönə anmamışıq.Babək – deyə yanmamışıq.Əbəs yerə ucaltmadıqKoroğlunun heykəlini.Əbəs yerə yaşatmadıqneçə-neçə qəhrəmanınarzusunu, əməlini.
Əbəs yerə dayanmırıqabidələr önündə biz.Hər daş qala,kərpic hasardoğma, əziz.Bu dağlarda hər qalanınöz şərəfli tarixi var.
Ağır düşmən hücumunun acısınıDönə-dönə dadmasaydıqYüksəlməzdi bu qalalar.Əvəzində təzə-təzəşəhər salıb, ev tikərdik.Bulaqlardan su gətirib,gül əkərdik,Dost qapısı açmaq üçüneldən elə yol çəkərdik.Olmasaydı o basqınlaro qırğınlar, o bəlalar.Yaranmazdı bu qalalar.Dağlardakı hər qalanınöz şərəfli tarixi var.Bu qalalar əlimizləNəsil-nəsil qorunacaq.Azərbaycan – Odlar yurdu,Azərbaycan – ana torpaq.
Unutmadıq olanları,biz yenidənkeçmişləri soraqladıq,Nizamini, Nəsimini,Füzulini varaqladıq.Cəsurları saldıq yada.Alimləri,şairləri unutmadıq.Şirin dilli Vaqifləri,Vulkan güclüSabirləri unutmadıq.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-azerbaycanin-simfoniyasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir