Bir parça bulud
Qalxıb göy üzünün qürur taxtına,
Günəş arxalandı qızıl baxtına.
Ayağı od tökdü, başı zər seli,
Axdı alınlardan yenə tər seli.
Aranı qovurdu, dağı üşütdü,
Yaşıl zəmilərdə sütüllər ütdü.
İnsanın əlindən alıb kölgəni,
Dedi: – Od pəncəmdə sıxaram səni.
Hökmüm bir dünyadır, işığım ümman,
Qarşımda sarsılıb yer zaman-zaman.
Hər telim bir nurlu qızıl külçəsi,
Mənəm kainatın ilk sərkərdəsi.
Əlçatmaz zirvəyəm, yanar bir dağam,
Qəlbim sevməyənə od vuracağam!
Bu vaxt görkəmində həzin bir sükut,
Göründü üfüqdə bir parça bulud.
Sözsüz mahnı deyil, qalxdı, ucaldı,
O, günün üzünə tünd kölgə saldı.
...Odur ki, özünü bənzədib günə,
Heç kəs güvənməsin böyüklüyünə!...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-bir-parca-bulud
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fələk rəğminə bir nəzərGörsəm üzün cananımın,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır