Sülhün səsi
Sülh! Bu səsdə həyat var,Çünki minlər, milyonlarKönül vermiş bu ada.Sülh şirin bir arzu tək,Üç rəngli bayrağım tək,Müqəddəsdir dünyada.
Sülh deyəndə hər zaman,Yurdumuzda canlananTəbiəti görürəm.Sülh deyəndə xalqımınRəhbərə bəslədiyiMəhəbbəti görürəm.
Sülh – həyatın mənası,Anaların laylası.Körpələrin səsidir!Sülh-ağ saçlı dünyanın,Milyon-milyon insanınHəqiqət nəğməsidir!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-sulhun-sesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Yoxsa yox
Bu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
Ağbaba dağıBilinmir tarixi, bilinmir yaşı,Ləlü cəvahirdi torpağı, daşı,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری