Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi

Mən deyirdim ki, deyim birdə kəlami-ürəfa,Dəxi zikr eləmiyəm hərzə-vü hədyan, Mişdi

Mən deyirdim ki, şikar eliyim ahuyi-Xötən,Yəni səyd eləmiyəm rubəh-ü dovşan, Mişdi

Neliyim, yoxdur əlacım, gənə qoy həcv eliyim,Çünki ovqatımıza doğradı soğan Mişdi

Türkə məsəldi deyirlər: yetişəndə əcəli,Dolaşır çöp-çobana bir nadan Mişdi

Sübh tezdən götürəndə əlinə carubı,Sanasan Şimr yığıbdır ələ peykan Mişdi

Qoltuğunda dağarı, önlüqə ilə yönələr,Elə bil qarətə üz döndərib ədvan Mişdi

Zərbə tab edə bilməz, görə Rüstəm ki gələr,Əldə gürzi, çuvəcə, təhnəsi qalxan Mişdi

Yalayıb ard dəyirmanı, əcəb səmri misən,Belə qalmaz sənə də gərdişi-dövran, Mişdi

Hər yetən Kərbəlayı, Məşədi olsaydı əgər,Hamıdan əvvəl idi Şimri-bədərkan Mişdi

Pis üzün getdi Xorasanidə, bədnam elədi,Tükürübdür üzünə şah Xorasan Mişdi

Ləqəbi Şimr, adı Əbdullah, iki dəfə gəlib,Birisi Kərb-ü bəlaya, biri Alan Mişdi

O imamın özünün qatili bu şiə sənin,Buna şahiddi qamu dinçi nalan Mişdi

Sənə bir sikkə vuram həcv ilə tə həşrə kimi,Sikkəsin məhv eləyə bilməyə suhan Mişdi

Bundan artıqda səni həcv qılardım, ammaOlasan çakər Əhmədbəyə qurban Mişdi

Təsadüfi şeir

Başqa şairlərin şeirləri