Pirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,Birindən su alıb içdim,Çay üstə üç gözəl gördüm

Birinin adı Gül Cahan,Can almağa verməz aman,Gözü cəllad, qaşı kaman,Çay üstə üç gözəl gördüm

Birisinin adı Peykər,Müjganları sinəm söker,Dindirəndə qanım tökər,Çay üstə üç gözəl gördüm

Birisinin adı Leyli,Gözəlliyi, hüsnü xeyli,Lətifə heç yoxdur meyli,Çay üstə üç gözəl gördüm

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri