Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,Hunnilər çatmaz inan ədədə sayda miçəkə,Yoxdu bir hakim-adil qoya qayda miçəkə

Dadanıb qız-gəlinə cövrü-cəfadır hər işi,Güc ilən hər şəb alur hər ağ buxağdan öpüşü,Bu səbəbdən arayır bakirə qızlarda qışı,Uğraya çirkin olanlar, nola yayda miçəkə

Dayı-dayı deyibən dayanır ağzın üzümə,Əmi-əmi deyibən soxur üzün lap gözümə,Yalvarıb: get, deyirəm, baxmır əsla sözümə,Razıyam verməyə bac beş tümən ayda miçəkə

Hanı qeyrətli igidlər ki bu dərdə qalalar,Sübhə dək gözlərini çün yuma bilmir balalar,Tikilib miçəkə qarşı palud üstə qalalar,Əsər etmir çəkilən ahlə vayda miçəkə

Naqqaşın bu qələmində elə bir qüvvət hanı,Miçəyin şəklini çəkib verə həm Ağacanı,Göstərib övladına diyə: bu yağını tanı,Olmıya tuş olalar hər ildə ayda miçəkə

Təsadüfi şeir

Başqa şairlərin şeirləri