Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,Desəm öldürərlər, deməsəm ölləm,Taqətim yox bu hicrana sevdiyim

Bir xəbər gəlmədi bivəfa yardan,Dideyim qan yaş tökər şam-səhərdən,Necəsən ah çəkim söz ciyərdən,Bir od düşə xanimana sevdiyim

Dad eylərəm, eşitməzsən naləsin,Rəhm edibən sınıq könlüm alasan,Duam budur mənim kimi qalasan,Gecə gündüz yana-yana sevdiyim

Dad istərəm bir kəz dadxahımdan,Kərəmli şahımdan, qiblə-gahımdan,Fəryadi-nələmdən, dudi-ahımdan,Bir od sala bu gülşənə sevdiyim

Gülü xəndan olsun belə bağların,Qönçəsin dərmədim dal bu dağların,Məhcuri tək çeşmi qan yaş ağların,Döndərdin qədimi nuna sevdiyim

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq