Bu millətin dərdi-səri
Nəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.İmanınla, gümanınla haqqa sarın,Bu millətin dərdi-səri min şaxəli.
Hökmü bircə: yüz niyyətin, min niyyətin,Asan yolla asan yola çıxmaq çətin;Sayğısı çox, qayğısı çox bu millətin;Bu millətin dərdi-səri min şaxəli.
Tanrım, məni tuş eləmə satqına, tuş;O, milləti şöhrətinə girov qoymuş,Heç görmədim qan tökəni qannan doymuş,Bu millətin dərdi-səri min şaxəli.
Özü hakim, özü dustaq öz içində,Qızıl sözü itir lilli söz içində;Milyonları sel ağzında, toz içində...Bu millətin dərdi-səri min şaxəli.
Gözgörəli taxtdan salır əyri düzü,Əyri qələm, əyri fikir, əyri düzüm,Bu düzlükdə düzlük özü əydi düzü,Bu millətin dərdi-səri min şaxəli.
Bu, beləcə içimizdən gələn səsdi,Bu, beləcə yolumuza çıxan dərsdi;Düşmən əli əlimizlə bizi kəsdi,Bu millətin dərdi-səri min şaxəli.
Dağ Aranda, Aran dağda olan yerdə,Yurddaş adlı yurd dağıdan olan yerdə.Baş gödəndən aşağıda olan yerdə,Bu millətin dərdi-səri min şaxəli.
3 iyun 1992
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-bu-milletin-derdi-seri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Andım, yoxdu – bu urvadı, bu duzdu.Andın varsa – quruşdan da ucuzdu.
Qara dəniz şərqisiYer əlimdən, göy telimdən öpürkən,Mən Koroğlu,
Mənim validolumBu fikir mərhum şairimiz Əhməd Cəmilə məxsusdur.*Bir dəfə səhhətini soruşanda dedi: «Nəvəm mənim validolumdur. O, bizə gələndə bütün ağrılarımı unutdurur». Bir neçə ildən sonra bu hiss mənə də doğmalaşdı. Həmin fikri yazıya çevirməyə çalışdım.*
Xəstəxana həyətində bülbül oxuyurHəkim dostum Cəfər Quliyevə*Xəstəxana həyətində bülbül oxuyur,
Başqa şairlərin şeirləri · İlahi eşq
Yenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.
Həqqül-yəqin, fəsil 5حقیقت- ذات هستی اقتضای یگانگی مطلق میکند که غیرهستی جز نیستی نبود: شهد اللّه لااله الا هو.حقیقت- هستی دیگر که غیر هستی است بر هستی مقدم نیست که: تقدم الشیئی علی نفسه لازم میآید. پس هستی واجب یگانه بود. لا اله الاهو فی الاخرة والاولی.
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
KatdalarAman haramı katdalar,İnsafı görün arada.