Axşamdan səhərə yetdiyim kimi,Əgər min arzumdan birinə yetsəm,Əgər Naxçıvana getdiyim kimi,Ərdəbilə getsəm, Təbrizə getsəm.

Əgər bu məkanda haqq əkənləriHaqlı döyüşlərdə qalibdi – görsəm.Özgə torpağına göz dikənləri,Çubuqsuz-çətənsiz qalıbdı görsəm.

Əgər şah düzündən boylansam aya,Xətai qılıncı pilləkən olsa:O şahlı dünyadan şahsız dünyaya,Şahlıq ləyaqəti yollayan olsa,

Əgər son ayaqda başımın üstə,Öz ana dilimi şam kimi görsəm.Nəfəsim çırpınıb çıxsa qəfəsdən,O şamda əriyən qəlbimi görsəm.

Əgər xoş anlarım, xoşbəxt anlarım,Bir gödək ömürdə baxtıma yarsa,Qəfləti yuxuma daş atanların,Daşı öz qəbrinə qismət olarsa.

Əgər durnaların düzümü düzsə,Yayda yaylaqlara qayıdacaqsa.Əlim ayağımı torpaqdan üzsə,Dilim məramımı oyadacaqsa.

Qələmim dünyaya əmanət olsa,Gözümün işığı bir gözə töhfə.Bir də gəlişimə zəmanət olsa –Gəlməzdim mən belə dünyaya, tövbə!

İnam olacaqdır – dözüm vardısa,Qəmi dəm eləmək, o mənə qaldı.Bir-iki yaraqlı sözüm vardısa –Vətəndən almışdım, Vətənə qaldı.

Qoca Xudafərin! Susmaz gür suyam:Qəddin düzəlməmiş ölsəm, bağışla.Görüşə bilməsəm, Nursum – nur suyum,Ölkələr içində ölkəm, bağışla!..

Əgər son nəğməmi oxuya bilsəm...Bir də öz gücümlə özümə baxdım.Əgər son nəğməmi oxuya bilsəm,Yəqin ki, bunları oxuyacaqdım...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən