Günəşi ittiham edənlər
Bu gecə fəzaya düşmüşdü yolum,Bir topa ulduza ilişdi yolum.Qəribə bir aləm gördüm bu gecə:Göz işlədikcəBir salon uzanır göyün düzündə,Ulduzlar əyləşib əli üzündə,Dinləyir, arabir əl çalanlaraQoşulur yazıqlar.Danışır planet narazılıqlar,Giley kometlər...Buynuzlu qeybətlər,Cisimlərarası münasibətlər,Dumanlı söhbətlərGünəş sistemində mehvər istəyir,Göylərdə ayrıca göylər istəyir.Günəş işıqladan səma zalındaGünəşlik istəyir öz xəyalındaSönmüş, söndürülmüş meteoritlər,Sürünən, quyruqlu asteroidlər.Günəş öz işində, dərdi-sərində,Baxıb zərrəsinin zərrələrindənİstəyir yeni ay, ulduz yarada,Sönən dünyaların üstünə ata.Günəş öz işində, öz xəyalında,Günəş işıqladan səma zalındaGünəş müttəhimdir.Deyir yana-yana adsız bir cisim:Günəş haqqımızı tapdayır bizim!
Milyon il, milyard ilbir yol, bir cığır –Nə geriyə dönür,nə sona çıxır.Hərəkət əbədi,Sürət əbədi.Bu misqal çəkilər, ölçülər nədi?İstilik, soyuqluq, qaranlıq, işıqAzalmır bir qaşıq, artmır bir qaşıq...Kim isə söz atır:– Sənətin nədir?– Böyük kometlərin quyruq yığanı,Kiçik ulduzların böyük gümanı...– Bəs nə istəyirsən?Fikrini anlat.– Çəkimə əlli qat,Bəlkə də yüz qatArtıq ola bilən cazibə, dartım,Neçə böyükləri özümə qatım,Kiçiklik adını üstümdən atım...Yerində çırtlayır başqa bir cisim:Günəş haqqımızı tapdayır bizim!Fəzada yeddi rəng, milyard nüsxəli –İşıq xəbərləri günəşdi, bəli.Tutulsun günəşin işıq yolları –Kəsilsin günəşin işıq qolları.Nə qədər bərk getsək haqlayır bizi,Xoşu gəlməyəndə saxlayır bizi,Bir cavan ulduzu salır qabağa...Atmaca:– Sən nə istəyirsən, ulduz bəy-ağa?– Azad fırlanış!– Azad fırlanışda məqsədi danış!– Harada sıxlıq var – oraya getmək!Ulduzlar toqquşsa, haraya getmək?Məğrur olanının başına yumruq!Necə mən gəzmişəm gözləri yumuq,Elə də o gəzsin bu boş varlığı,Duysun günəşdəki əzabkarlığı...Yalançı natiqlər çıxıb kürsüyə,Böhtanla, yalanla dönüb gürzəyəGünəşin qətlinə verirlər qərar.Mənim qorxduğumu görüncə İkarSöylədi: Yer oğlu, olası deyil!Kainat günəşsiz qalası deyil.Oğul, nankorların adəti budur:Günəşin nurunu həmişə udub,Cazibə alırlar, sürət alırlar:Sonra da beləcə «gözdən salırlar».«Onu əvəz edən bəs kim olacaq?» –Burda duruxurlar günəş yıxanlar.Bir də ki, nə qədər çalışır ancaqOnu gizlətməyə yer tapmır onlar...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-gunesi-ittiham-edenler
← → düymələri ilə keçid, R — təsadüfi şeir