Gül
Suyunu verdim,Toprağını verdimArada gözümün yağını verdim.Əsrigəmədim heç nəyini.Böyüdkcə dəyişdirdim dibçəyini..Yaşın qürbətin yaşıUzandıqca uzandın.Gedib tavana çatdın.Deşdirə bilsəydimBir üst qatdakı evin tavanınıQurtara bilirdim bəlkəKəsilməkdən canını.İndi boş qalan yerinİçimi yandırmadaÖmrümün vətəndə boş qalan yeri qədər…İstər ağla, istər gül…Gül,mən yoxÖz boyun oldu yağın.Sən boyundan oldun, mən vətənimdənSonu buymuş ucalmağın…
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-gul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə qədər üzmək olarilhamın məhəlli sularında,-
Ağacdələn, döy qapımıYolum hərdən-hərdən kəndimizə düşür. Orda anamdan ömürlü, məndən vəfalı evimiz hələ də tək-tənha savaşlardan geri dönməyən atamı gözləyir. Qapısı bağlı yetim,tənha evimiz. Bu dəfə payız çənində gəlmişdim ata yurduna. Həyətə çatar-çatmaz bir səs eşitdim, kimsə qapımızı döyürdü...Ayaq saxladım. Elə bil gəlişimi ayların, illərin şirinli-acılı xatirələri ilə qolboyun olan evimizə kimsə xəbər verirdi. Qapıya bir az da yaxınlaşdım, bir az da... Axı bu şərin şər vaxdı, payız çən-dumanında mənim gəldiyimdən kimsə xəbər tutmamışdı. Evimizdə isə taleyin gəzavü-qədərindən başqa kimsə yaşamırdı. Bəs elə isə kimsəsiz evin qapısını döyən kim idi? Ama bu səslər insan barmaqlarının səsinə bənzəmirdi, nəsə gaibanə bir səs idi. Payız sisi bir az da seyrəlmişdi...Sən demə qayğısız ağacdələn tənha evimizin əski, çürüməkdə olan qapısını dimdikləyirdi. O, kim idi? Bəlkə anamın ruhuydu,bəlkə atamın, bəlkə vaxdın, zamanın, ya bəlkə mənim arzularımın barmaqlarıydı ani gəlişimi yetim evimizə xabər verirdi.Ya bəlkə həqiqətən yem arayan ağacdələn idi, bilmədim. Gözümdə savaşlardan acı yadigar kimi dünya üzünə səpilən evlər canlandı, bir də təkcə ağacdələnlərin döydüyü qapılar...*Yol azıbsan bu payızın çənində
Vətən seçilməzDostu bu dünyada seçib taparlarDost-düşmən seçilər, Vətən seçilməz.
Hələ yaşamağa dəyər bir az daMeşə çığırları dönüb bir çaya,Torpaq yağışlardan bəhrələnibdir,
Başqa şairlərin şeirləri
Xublar arığından yarımaq olmaz,İyidin həmdəmi gərək çağ ola.
OlsunBir gözəl istərəm bu əvsafda,Gözəllər içində xubtər olsun.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Ey istəyən yari, sevən dildariEy istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.