Gözlər də göl kimi yağışla dolmuş,Bu necə ömürmüş, bu necə yolmuş?!Qızlıq yanaqları saralmış, solmuş,Gəlin əllərinin xınası ölmüş.

Ömrün qürubuna endi gözləri,Söndü arzuları, söndü gözləri.Bir cüt göl yerinə döndü gözləri,-Suları soğulmuş, sonası ölmüş.

Onsuz arzularım boyatdır, boyadVerməz əvəzini nə qohum, nə yad.Onsuz bir qəpiyə dəyməz ki həyat,Məndə yaşasa da mənası ölmüş.

Hanı axatardığım o həsrət, hanı?!Demə andırarmış ömür-gün anı.Yetim bir haray var gəzər dünyanı:-Görən harda qaldı anası ölmüş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri