Yemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.İzzəti, dövlətidir hər insanın sənəti,Hünərsiz millətlərin yoxdur qədri-qiyməti:Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.Elmsiz əgər biz yaşasaq gecə-gündüz,Vallah, billah, vətəndə gülməz hərgiz üzümüz,Fərzəndani-Şəbüstər, vətən bizden elm istər.Çalışan alişan olur, olmaz pərişan,FƏTZ edib axer bizə nəbiyi-zişan,Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.Oxuyaq, anlayaq, qardaş, cahil qalmayaq, rahil qalaq biz?Niyə vətəndən kam almayaq? Fərzəndani-Şəbüstər, vətən bizdən elm istər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət