Qoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,Mübtəlası olalı candan unutdurdu mənə,Dilbəri-simbər-ü lalə-üzarı qəhvə,Halət-əfzayi-səfa olmaq üçün üşşaqə,Bir gözəldən dilə nuş olsa da barı qəhvə,Bizə əmdirməz ikən ləli-həlavət-bəxşin,Gör nə bimənnət edir bus-u kənarı qəhvə,Nəşeyi-cami-Cəmi necə təmənna eylərBir kəsək ki ola dəstində üqarı qəhvə,Raciya, sən gül-ü mül bəzminə meyl eyləmə kimAşiqin ancaq olur bağ-bəharı qəhvə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq