Əlifba
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır(Tə) təal eylə (Sə) sənasın sərbəsər(Cim) cəmalın görcək əqlim dağıdır
(Hə) hesabı çəkər (Xə) xəyaldadır(Dal) dünyadır, gənc istiʼmaldadır(Zal) Zülfüqar dövran səni aldadır(Rə) rəsul münkir kəsmək çağıdır
(Zə) zəbandır səni salaram yada(Sin) Süleyman səni gördüm dəryada(Şin) şahlar şahı sən-sən yetiş dada(Sad) salavat qəm-hicran dağıdır
(Zad) zaya vermisən eyn əməyi(Tı) təbibdir qarşı tutar səməyi(Zı) zahir eylə ki nədir köməyi(Ayn) Əli Kövsər hövzünə saqidir
(Qayn) qürurdan kimsə gözün oymadı(Fə) fitnədir kimsə ona uymadı
(Qaf) qənaət kimsə ondan doymadı(Kaf) kərimdir kərəm etmək çağıdır
(Lam) ləl olub şərbətimdən içmədi(Mim) mahidir heç dəryadan keçmədi(Nun) nəbidir nihan sirrin açmadı(Hə) heybətdir özü həqq-əl-baqidir
(Vav) vəlidir müşküllərı həll eylər(Lam) lam-əlif la möminlərə yol eylər(Yə)yə yalvar, Musa, səni qul eylərNazlı yara yalvarmağın çağıdır
Kitabxana.az · https://kitabxana.az/works/musa-el-sairi-elifba
Başqa şairlərin şeirləri
Ey yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Xoş gəlmisənBu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.