Məndən
Başına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndənGərdiş zamanə hiyləi-əğyarDemədimmi səni də yad eylər məndən
Səndən qeyri aşiqin bir mədarı yoxCan çıxdı cəsəddən ixtiyarı yoxQərq oldum dəryaya bir kənarı yoxGörəndə xof eylər adalar məndən
İbrahim der Tərsa sevdim zalımıFələk əkdi mənim qədd ü dalımıMən kimə söyləyim ərzi-halımıKüsü saxlayıb məlikzadələr məndən
Kitabxana.az · https://kitabxana.az/works/musqulu-ibrahim-menden
← → düymələri ilə keçid, R — təsadüfi şeir