Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.
Vəsli-rüxün zülalına susadım, üştə yanıram,Gözümə baxü gör necə abi-zülal içindəyəm.
Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır,Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.
Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəliVəsl irişincə canıma, hüznü məlal içindəyəm.
Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş,Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm.
Talevü bəxt yıldızım kövkəbi-nəhsə uğradı,Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm.
Vəslinə irmək istərəm gərçi ki, eyniyəm anın,Məndən anı kim ayıra, fikri-məhal içindəyəm.
Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış,Münkir ilə bu mə’nidən qiyl ilə qal içindəyəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Surətü qaşü alnına verdi Nəsimi könlünü,Mən bu səbəbdən, ey günəş, bədrü hilal içindəyəm
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-gerci-feraqe-dusmusem-eyni-vusal-icindeyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmKuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
Ayrılıq ayrılıqdıBu ayrılıq, ayrılıqdı,istər elə, istər belə.