Həbiba, firqətin saldı məlalə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Həbiba, firqətin saldı məlalə,Kabab oldu ürəgim həmçü lalə.
Nəsib olmuş mənə həqdən, nigara,Dilimdə gecə-gündüz ahü nalə.
Qaşın mehrabinə qıldım sücudi,Vəli münkir olan düşdü zəlalə.
Rəqibin olmasın məqsudu hasil,Əliftək qəddimi ol saldı dalə.
Boyun tuba, ləbindir abi-kövsər,Yüzün tə’nə qılır şəmsü hilalə.
Mən ol qəvvas təki can tərkin etdim,Sənin çöhrəndəki ol xəttü xalə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yer ilə göy bina olmazdan əqdəmNəsimi aşiq idi ol cəmalə.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-hebiba-firqetin-saldi-melale
← → düymələri ilə keçid, R — təsadüfi şeir