Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil!Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil!
Bürqəi tərh eyləmişsən, ey qəmər, üzündən uş,Fitneyi-axırzaman etmək dilərsən, etməgil!
Xəttü xalın "Məntiqüt-teyri"dir əhli-vəhdətin,Quş dilin sən tərcüman etmək dilərsən, etməgil!
Çün ənəlhəqdən götürdü surətin mahı niqab,Sən həqi neçün nihan etmək dilərsən, etməgil!
Surətin gənci-xəfidir, göstərərsən güzgüdə,Aləmi eyni-əyan etmək dilərsən, etməgil!
Qəmzədən misri qılınc vermişsən əsrük türkə kim,Qanbəhasız necə qan etmək dilərsən, etməgil!
Kirpigindən canşikar oxları düzmüşsən, məgərQaşların yayın kəman etmək dilərsən, etməgil!
Badə vermişsən pərişan zülfünü sən dağıdıb,Canları bixaniman etmək dilərsən, etməgil!
Latəhərrük ayəti gəldi bəyanın şə’ninə,Ol bəyanı sən bəyan etmək dilərsən, etməgil!
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, həqdən istərsən götürmək pərdəyi,Bütpərəsti bigüman etmək dilərsən, etməgil!
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-zulfunu-enberfesan-etmek-dilersen-etmegil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
ÖlürəmAla gözlüm, bir bəri bax,Dərdi-sərindən ölürəm.
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.