Zəmanə dəyişib ay sənə qurban,tərs kimi yaşın da o vaxtı deyil.Kəsdi düz sözümü sözü əyrilər,dava-dalaşın da o vaxtı deyil.

Yüz baş hiylə qurur, bir baş neyləsin,dil-dodaq təpiyib, göz-qaş neyləsin.Buna dost neyləsin, yoldaş neyləsin,dostun-yoldaşın da o vaxtı deyil.

Nəriman, ürəyin başqadır sənin,millət hörmətini yaşadır sənin.Kimlər bostanına daş atır sənin,səbr eylə, daşın da o vaxtı deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri