Ana, mənə mahnı oxu,Ana, getmə, yanımda qal.Gözlərimə qonsun yuxu,Ana, mənə bir layla çal.

Ana, mənə mahnı oxu,Göydə ulduzlar da yatsın.Ana, mənə bir layla çal,Ay da yumurlanıb batsın.

Yuxulasın meşə, dənizYuxulasın dünya səssiz.Yuxulayaq hər ikimiz.Ana, mənə mahnı oxu,Gözlərimə qonsun yuxu.

Yuxularım çiçək-çiçək,Qanadları zər kəpənək.Əsib gəlsin sərin külək,Ana, mənə bir layla çal.Gözlərimə qonsun yuxu,Ana, getmə, yanımda qal.Ana, mənə mahnı oxu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar