Nə gözəlsən, qəşəngsəngəlinlik paltarında.Gül-çiçəklə bəzəniba qızım, yolların da.Gözlərindən nur yağır,Nurludur təbiətin...Nurludur fikirlərin,Hissin, duyğun, niyyətin.Səni dövrəyə almışCavan qızlar, oğlanlar.Şəfəqlər aləmindəyaşayan bir nəslin var.Mən sizi seyr edirəmDüşünüb dərin-dərin,Sevindirir könlümüGözəl, saf əməllərin.Kaş əlvan çiçəklərinSaralıb-solmayaydı.Sənin nurlu dünyanaToxunan olmayaydı.Bu dünya sənin kimiGözəl, göyçək olaydı,Yer üzünü bəzəyənGül və çiçək olaydı.İnsanlar qardaş kimiDost, mehriban olaydı.Şəfəqlərlə parlayanNurlu cahan olaydı.Kin-küdurət kəsəydiDünyadan ayağını.Analar yandıraydıFərəhlə çırağını...Qan izi kəsiləydiTorpağın sinəsindən,Hər səhər oyanaydıDünya nəğmə səsindən.Yer üzünü bəzəyənGül və çiçək olaydı,Bu dünya sənin kimiGözəl-göyçək olaydı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar