Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:

Mə’lumdur ki, indi çox yerdə millət ataları bu fikrə düşüblər ki, milləti qabağa aparsınlar və gecə-gündüz gah bu evə, gah o evə cəm olurlar ki, məsləhət eləyib bir iş görsünlər.

Belə-belə yığınçaqlara mən yaxşı diqqət eləmişəm. Məsələn, götürək Vladiqafqaz şəhərini. Burada millət ataları bir gecə bu tacirin evinə yığışırlar, o biri gecə bir özgə tacirin evinə, o biri gecə bir ayrısının evinə cəm olurlar. Adını da qoyublar ki, yığışırlar milləti-biçarənin qabağa düşməkinən ötrü bir mərizxanə, ya qiraətxanə açsınlar.

Belə məclislər qurulanda indi imtahan üçün gedək duraq akoşqanın qabağında və görək nə danışırlar.

Görürsən ki, məclis əhlinin birisi sol əlini qoyub yerə düşüb bir məcməinin üstə və plov yeyir. Heç danışan yoxdur. (Çünki çörək üstdə danışmaq günahdır).

Bir qədər durursan, görürsən ki, qonaqların bir ayrısı deyir: «Sağ olsun belə plov bişirən». Ev sahibi də buna belə cavab verir: «Hacı ağa, sədri düyüsünü hər aşpaz bişirə bilməz, sədri düyüsünün xasiyyəti əvvəla budur ki, gərək bişəndən bir gün qabaq su içində qala, yoxsa yaxşı plovu çıxmaz».

Sonra ağaların bir özgəsi deyir: «Xeyir, bunların hamısı keçəndən sonra düyünü süzüb qazana qoymaq da çox şərtdir, çünki aşpaz gərək süzmək vaxtını bilə və bir dəqiqə o yan-bu yan olmaya, yoxsa plov xarab olar».

Hər bir belə məclisin xərci 20—30 manatdan əskik deyil. İndiyədək Vladiqafqazda on yeddi dəfə bu cür məclislər tərtib verilib və inkilis hesabı ilə hər adam burada iki-üç manatlıq vaxt sərf eləyib (hərçənd bizlərdə vaxt müftədir).

Bu hesab ilə on yeddi məclisin xərci bir neçə yüz manat eylər.

Bir neçə dəfə də belə-belə məclislər qurandan sonra Vladiqafqaz ataları birdən baxıb görəcəklər ki, dəxi qiraətxana açmağa, ya mərizxanə bina eləməyə cibdə pul qalmadı.

«Tazə həyat»dan təvəqqə eləyirik ki, bizdən inciməsin, ondan ötrü ki, biz bu sözləri xeyirxahlıq yolu ilə danışırıq, yoxsa qəsdimiz vladiqafqazlılara sataşmaq deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xəlifənin qızları

Bu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.

5 dəq
Qadınlar və qızlar dünyası

Səhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.

10 dəq
Cülus günü

Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.

6 dəq
Top və çövkan

Meydan Bağdadın xalqına kifayət edəcək qədər böyük idi. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi.Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. Hökmdarlar üçün, xəlifə üçün uca bir yerdə hazırlanmış taxtın ətrafında müəyyən kürsülər qoyulmuşdu.

9 dəq

Başqa şairlərin şeirləri · Satira