Söhbət
«Lağlağı» ilə «Hərdəmxəyalın» mabeynində.
Lağlağı: — Ay Hərdəmxəyal, axır sən bir bilici adamsan, mən bir işə lap məəttəl qalmışam. Bir parça adamlar var hər nə söz söyləyirlər, yalan, yainki doğru, camaat o saatda «Bəli ağa, bəli ağa» — deyib sözünü təsdiq edir. Vallah lap məəttəl qalmışam. Dünən mən də bunlara istədim ki, bir söz danışım, ağaların birisinin xilafı oldu, o saatda bir nəfər üstümə açığlanıb dedi: bəs sən nə vaxt ağıla gələcəksən, neçün bir elə söz danışırsan ki, ağanın qəlbi bulansın?
Ay Hərdəmxəyal, lap qupquru qurumuşam. Keçən gün bir məclisdə idim. Ağalardan bir nəfəri içəri girdikdə xalayiq sərasimə «ağa yuxarı, ağa yuxarı» çığırışmağa başladılar. Biçarə mən, bunu görüb xəyal eylədim ki, elə cümlə üçün belə ehtiram qoyulur. Belə ki, bu gün bir evə qonaq çağrılmışdım. İçəri girdim. Hər yerdə ki, boş yer gördüm, istədim oturam, dedilər: «bala bu yerin adamı vardır, gələcəkdir». Müxtəsər, iki saat ağaların qabağında qəlyan kimi gərdiş etdim isə də, bir yer göstərən olmadı. Axırda ev sahibi qolumdan yapışıb, çıxarıb mətbəxxanada oturtdu. Qərəz, bu işə lap mətəl qalmışam.
Hərdəmxəyal: — ha ha ha.....
– Ey biçarə Lağlağı yoldaş, mən başıma nə gül töküm, işin birini bilirsən, birini bilmirsən, hər sözü də açıb sənə deməyə cür’ət eləmirəm. Hərgah sözü gizləsəm, deyəcəksən bu Hərdəmxəyal heç zad bilmir. Amma desəm də aşkar deyə bilmərəm. Qulağına deyəcəyəm, bax... istəyirsən ki, işin yaxşı olsun............. İndi başa düşdün, ya yox?!
Bir də deyirsən ki, camaatın yalan sözünü doğru, mənim doğru sözümü yalan hesab edirlər. Əzizim, hərçənd sən az danışan adamsan, lakin təqsir özündədir. Gözüm nuri, heç darıxma, gəl mənim yanıma. Əvvəl məni də sənin kimi qovalayırdılar. İndi görürsən, sözüm nə dərəcədə kəskindir?!
Lağlağı qardaş, bu libasi ki, sən geyibsən, sözün keçməz. Hələ belə qalıbsan, şükür elə. Belə ki, mən başa düşüb libasıma təğyir verdim, allaha şükür, özün şairsən, şe’r-mə’r də deyirsən, niyə sən bilmirsən, Sə’di deyib: «Hər kera camə parisa bini, parisadanu nik mərdan kar». Sən istəyirsən həm canın rahat olsun, həm də sözün kəskin. Başına qoymusan bir verşoq boyda börk, özün də şikayət edirsən ki, ayağıma durmurlar, sözüm keçmir. Bu aşkarlıqda sözü başa düşməsən dəxi mən sənə nə deyim.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sohbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi.Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı.
Böyük qazancBugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi.İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim.
Miss Hanna Şərq haqqındaMiss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim.Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi.
Bir nömrəli şəbnaməBugünkü iclasda Rus-İran məktəbinin müəllimi, gənc inqilabçı Əkbər Əkbərov da iştirak edirdi. Gündəlik müzakirədə bircə məsələ dururdu. O da bizim gələcək fəaliyyətimizi müəyyənləşdirməkdən ibarət idi. İclası Hacı Əli ağa idarə edirdi. Yoldaşlardan bir çoxu sədrin irəliyə atdığı «nə yolda hərəkət etməliyik?» sualına qarşı uzun-uzadı danışdılar, hamıdan sonra mən söz aldım:– Biz Məhəmmədəlinin İrana kimlər tərəfindən və nə məqsədlə gətirilməsi haqqında geniş kütlə arasında izahat işləri aparmalıyıq. Biz camaata inqilabın tamamilə məğlub olmadığını, məşrutə hökumətinin möhkəm olduğunu, məşrutə ordusunun düşmənə fayiq gələcəyini, ingilis və rus intriqası ilə ciddi mübarizə aparılması lüzumunu anlatmalı, Təbrizdəki Məhəmmədəli tərəfdarlarına meydan verməməliyik.
Başqa şairlərin şeirləri · Satira
Gecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Quba meydanıÇıxdı səd heyf, əlimizdən ol ədalət kani,O juliklər yatağı, köhnə Quba meydani.
Gəldi yenə Rəhim xan İranə, barəkallah!Goldi yene Rəhim xan İranə, barəkallah!Çıxdı əceb igidtək meydanə, barəkallah!