Xeyirsiz olur
Ömrümüz əbədi həyatdır, onunMaddi, mənəvi dünyası vardır.Baxır, sonsuzluğa baxa bilməyir,Hər kimin başına bu dünya dardır.
Yaşamaq, yaşatmaq mübarizədir,Budur məhək daşı işin, zəhmətin,Fəlsəfi fikirlər, səyyar xəyallarQartal qanadıdır şerin, sənətin.
Lakin quru sözə, ehkama dönürNə zaman fikirlər şeirsiz olur.Cəmiyyətdən uzaq, həyatdan uzaqUydurma fəlsəfə xeyirsiz olur.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-xeyirsiz-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Birisi belə deyirdi)Adam var olmasa da
İsti gün olaydı...Yazı yola saldıq, uğurlar deyə!Axır günləridir bu günlər yayın.
Aranım, dağımQonşu mənə baxıb, gileylənirdi:– Nə vaxtdır şəhərdən heç çıxmayırsan?
YaratmamışdırTəbiət güclüdür, qadirdir, lakinGör neçə bahardır, gör neçə qışdır. –
Başqa şairlərin şeirləri
Ey ağalar necə olurHalı yardan ayrılanın
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmişAğzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.