Ellərə
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,Qohumun qardaşın acı sözləriBal oldu gedəlim bizim ellərə
Götürüldü namuslar, qalmadı arlar,Aqarmı bizləri bivəfa yarlar,Söküldü kirəvələr, əridi qarlar,Yol oldu gedəlim bizim ellərə
Aqa sən sancmış çərilər başı,Ağalar durmaz eylər savaşı,Qızıl bulaq kimi gözümün yaşı,Sel oldu gedəlim bizim ellərə
Mənsur kimi varıb dardan asıldı,Əlinin cəngində namərd basıldı,Polad dir, rəqibin dili kəsildi,Lal oldu gedəlim bizim ellərə
Kitabxana.az · https://kitabxana.az/works/polad-el-sairi-ellere
Başqa şairlərin şeirləri
Həmzə, atı yaxşı saxla,At igidin qardaşıdı.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani