Soxuruq burnumuzu hər yerə baş şəklində,Bu səbəbdən qalırıq axırı çaş şəklində.

Dənizə-neftə qalıbdır ümidimiz ancaq,Su ilə bağlı olan işdə ki, yaş şəklində.

Bu son illərdə çox uğurludur siyasətimiz,Yeyirik ləzzət ilə arpanı aş şəklində.

Vəziyyət olsa «uruscan» düşəcəkdir yəqin,Bizim olan Qarabaq tarixə «naş» şəklində.

Nə yaxşı ki, böyüyüm İngilis, amerkandır,Mənə eşşək deyir, amma ki, yavaş şəklində.

Bərabərik dinimizdə iki hökumət ilə,Bərabərik birisi ilə savaş şəklində.

Nə ər-arvad bilinir, həm nə bacıynan qardaş,Balaş Sevil kimi, Sevil də Balaş şəklində.

Nə əməldən çıxırıq göydə Xuda qeyd eləyir,Qayıdıb başımıza kopyası daş şəklində.

O zaman ki, Babanın qiyamətini haqq verər,Tökülər başına pullar da şabaş şəklində.

2 noyabr 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri