Təcnis: Gözüm görcək səni istər kamalə
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,Fələk qoymaz kimsə yetsin kamalə,Baxma bu kəc-rövişin dağıdır Yaxşı,Ərzi-halım sənə əyandı qərəz.
Aşiq olub məşuqənə yanar,Yaxma gələn dərdi-dilim yanar,Dedi nədir sədrin üstə yanar,Dedim sən gözəlin dağıdır Yaxşı,İçərəm, inanmaz, əyandı qərəz.
Ariflər mə'nini gördü dərində,Xəstə olan şəfa bular dərində,
Nazlı canan məni gördü dərində,Dedi getmə gələn dağıdır Yaxşı,Bildik ki istəməz əyandı qərəz.
Çeşmim yaşın sunalara gəl dim,Bicəhət mən nazlı yara gəl dim,Mən istərdim pünhan pərdə gəl dim,Ol nədir dişin tək dağıdır Yaxşı,Lam-u-bi altından əyandı qərəz.
Şad olubdur bilib aləm gəldikin,Cəmalın görməsinə aləm gəldikin,Düş ovanda açıl aləm gəldikin,Olmaz bu Məsəlin tək dağıdır Yaxşı,Hilalın seyrinə əyandı qərəz.
Kitabxana.az · https://kitabxana.az/works/qaradagli-asiq-abdulla-tecnis-gozum-gorcek-seni-ister-kamale
Başqa şairlərin şeirləri · Eşq
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
ای غلام بر سیمین تو زرین کمرانخاکسار کف پای تو سر تا جوران