(Zarafatyana)

Mən sevmərəm quraqlığı heç zaman,Yanar çünki susuzluqdan bağ-bostan,Belə aşkar bir həqiqət var ancaq:Yay fəslində göy yarpağı solan tağGörməyibsə əgər bollu yağış, suŞirin olar gətirdiyi hər yemiş.Yaxud üzüm üzüb yesən, doğrusu,Bilməzsən ki, bu üzümdür, ya kişmiş.Bala dönər susuz dəyən ilk nübarBaşqa sirrə axtarıram mən açar.Burda məqsəd nə tağdır, bil, nə tənək.Şuşalı qız, sirri özün de bilək,Nədən baldan şirin olur sözlərin,Nədən xumar-xumar baxan gözlərinQara üzüm giləsitək qaralmış,Baxışın da, elə bil ki, od almış?Vaqif demiş, ixtilatın qənd-şəkər,Bir quraqlıq meyvəsisən, müxtəsər.Şuşada su az tapılır, bəlkə sənOna görə bu qədər çox şirinsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri