Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.Kamalında zəval oldu,Əcəl camın içdi Qubad.

Kim var kəməndə salmadı,Heç bir kəsə bu qalmadı,Dünyada kamın almadı,Getdi, gözü yaşdı Qubad.

Baxarsan dünya əbəsdi,Bu ağlamaq bizə bəsdi,Durna avaz, kəklik səsdi,Tərlan baxışdı Qubad.

Baqidi dünyanın nəsi,Qurulu qaldı çeşmdə kəsi,Yusif kimi gələr səsi,Məgər çaha düşdü Qubad.

Kəm olsun ömrilə yaşın,Zəhr ilə yoğrulsun aşın,Ananla qız-qardaşın,Məgər bağrı daşdı Qubad.

Qayıbim qan ağlaram,Nə dünyaya bil bağlaram,Lalə tək sinəm dağlaram,Kənə yadə düşdü Qubad.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət