Gülgəz (Qaranı)
Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.Alışıb oduna büryan olduğum,Olarmı sənintək həvəsi Gülgəz.
Can qurban eylərəm o uca boya,Gözəllik yaraşır qamətə, soya,Bəzəkli-düzəkli aparam toya,Yoxdur sənin təki sonası, Gülgəz.
Qaranıyam, oxumadım hecəmi,Yuxum gəlmir, yatammıram gecəmi,Çox gəzdim dünyanı, Azərbaycanı,Öldürür qaşların qarası, Gülgəz.(Ağbabalı İsgəndərin variantı)
Kitabxana.az · https://kitabxana.az/works/qul-qarani-gulgez-qarani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Getdi yarani-səfa, bir qəmgüsarım qalmadı,Bu bütün dünyada qəmdən qeyri yarım qalmadı
Sülh mahnısıAna yurdun qucağındaBoy atırıq azad, şən.
ÇeşməkBir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
Xoş gəldinEy böyük vəsfikar, böyük sənətkar,Qədəm qoydun bu diyara xoş gəldin.