Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.Qoymaz şikarın bir dəm yayına,Sızıldadır yenə bu sədaqları.

Layiq dəstgəhə deyil o xinə,Həsrətəm cəmalın vəsfi oxuna,Gəlibdir sinəm ğəmzənin oxuna,Çəkilmiş köksümə bu sədaqları.

Boynunu uzatmış ay qular kimi,Pünhan avçını say qular kimi,Yarını itirən bay qular kimi,Gecə gündüz gərək bu sədaqları.

Yar kimlərdir yağı sevdiyim,Sevir cigərimdən yağı sevdiyim,

Ötübdür, görmədim yağı sevdiyim,Salın gözlərimə bu sədaqları.

Alıbdır canımı məndən o yarı,Söylə aşiqlərin olsun o yarı,Ağlama (Qurbi), görsən o yarı,Xəbərdar eylər bu sədaqları.

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Eşq