Minsək də quş qanadına,Qalxsaq da göyün qatına,Yenə, yenə öz baxtınaBiri çatar, biri çatmaz.

Güləndən çoxdu ağlayan,Allaha ümid bağlayan,Hamı deyi "ağıllıyam",Ortada bir dəli çatmaz.

Zalım əcəl haxlayınca,Ölən ölər arxayınca,Bir ölənin arxasıncaYüyürsə min diri, -çatmaz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm