Düşünmə, sevgilim, bugünGülümsəyən çiçəkləri,Bugün-sabah solar deməBaharının bəzəkləri.

Təbiətin çiçəkləriGələn bahar açar yenə,Bahar gələn zaman GünəşDoğub şəfəq saçar yenə.

Düşünmə, sevgilim, bugünBir az solan çəmənləri,Ləçəklərində çən duranZavallı yasəmənləri.

Payızda qovrulan çəmənBaharda dirçələr yenə,Zavallı, çənli yasəmənAçınca nur çilər yenə.

Düşünmə, sevgilim, aman,Düşün bizim məhəbbəti,Düşün mənim zaman-zamanDüşündüyüm müsibəti...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar