Ucalan heykəllər kimlər üçündür,Əbədi məşəllər kimlər üçündür?!

Ölənlər üçünmü yapılmış onlar,Yandırılmış onlar, çapılmış onlar?

Hamımız bilirik yoxdur o dünya,Ölülər dünyası sürəkli röya!

Gedənlər bir daha gələn deyildir,Gələnlər neyləyir, bilən deyildir.

Qalanlar üçündür heykəllər, oğlum,Ucalan əbədi məşəllər, oğlum!

Qalanlar üçündür, qalanlar üçün,Ulu sevdalara dalanlar üçün!

Bunlardan təsəlli alır gedənlər,Qalanlar könlündə qalır gedənlər.

Qalanlar yaşayır ölənlər üçün,Ölümdən adlayan ərənlər üçün!

Roma, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri