Gənc qələmlərə
Güclər yenən, fəzaları da sarsıdan səsinMən istərəm ki, ruhumun üstündə titrəsin.Sübhün üfüqlərindəki daşqın şəfəq kimi,İlham verən o səslə qurulsun könül simi.Olsun o səs ayım, günəşim, asimanlarım,Şimşəklərim, qasırğalarım, kəhkəşanlarım.Sübhün bahar nəfəslərini andıran o səsHər oxşadıqca ruhumu, aldıqca hər nəfəs,Sarsın bütün vücudumu sönməz bir ehtizaz.Köksümdə saz kimi bu könül oynasın bir az.Qarşımda bir yeni, əbədiyyətlə parlayanŞux lövhələr açılsın; o şimşəkli, gurlayanSəslərlə oynasın ürəyin incə telləri.Kimdir çalan, bu hansı füsunkarın əlləri?Ey mənliyim, əməl günəşim, fəcrim, ülkərim,Kəskin səsinlə canlanır artıq şerlərim.Eşqinlə bu tənəffüs edən sənətim saqın,Ayrılmasın o səsdən aman! – Fəcrə ən yaxınUlduzlu bir səma kimi üstümdə titrəsin!İlhamımın xəzinəsi olsun o gənc səsin!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-genc-qelemlere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qıvırcıq saçının şux tellərindəÜlkər tək parlayıb axan, a gözlər!
Xırçın qızDeyirdi ki: – Məsud olmaq mənim böyük diləyim.Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.
Əməkçi qadınlaraQadın, ey böyük insan, parla yüksək adınla!Bizim yeni quruluş yüksələcək qadınla!
Böyük sənətkaraBöyük ədibimiz Mirzə Fətəli Axundovun yubileyi münasibətilə*Hörmət sənə, böyük şair,